İdman

Rio-2016: Azərbaycanın yeganə qızıl medalçısı Dağıstana getdi - FOTO

29 Avqust 2016 16:07
1 Şərh     Baxış: 1 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rio-de-Janeyroda keçirilən 2016-cı l Yay Olimpiya Oyunlarında Azərbaycan komandasına yeganə qızıl medalı qazandıran taekvandoçu Radik İsayev Dağıstana gedib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Dağıstanın Axtınsk rayon sakini olan Radik İsayevi vətənində qəhrəman kimi qarşılayıblar. O, Azərbaycan yığmasının tərkibində son 4 ildə rekord vurub - Avropa və dünya çempionu olub, Avropa Oyunlarında qızıl medal qazanıb, indi də Olimpiya oyunlarında qızıl medala sahib olub.

Radik İsayevi Dağıstanda qohumları, dostları, çoxsaylı tərəfdarları qarşılayıb. Onların arasında Dağıstanın taekvondo federasiyasının rəhbəri Alibek Suleymanov və "Məhərrəmkənd rayonu" bələdiyyəsinin rəhbəri Fərid Əhmədov da olub. İsayev Rusiyanın əməkdar məşqçsi Maqomedsaid Cəmaləddinovun yetirməsidir. Anası Bəhrənaz İsayeva deyir ki, oğlu bu mərtəbəyə gəlib çatmaq üçün dayanmadan çalışıb, tər töküb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.