İdman

Mustafi: "Arsenal"a həmişə simpatiyam olub"

29 Avqust 2016 16:42
0 Şərh     Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Valensiya"nın müdafiəçisi Şkodran Mustafinin "Arsenal"a transferi reallaşmaq üzrədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, almaniyalı futbolçu London klubu barədə bunları deyib:

"Milli karyerasını başa vurduğundan Mertezakerlə çoxdandır görüşmürəm. Əvəzində Özillə danışmışam. Mesut bilmək istədiklərimi mənə dedi. O, məni inandırmağı bacardı. Əslində "Arsenal"a həmişə simpatiyam olub. Bu komandanın futbolu xoşuma gəlir. "Topçular"ın stili ispan futboluna daha çox bənzəyir. Almaniya millisi kimi topa nəzarət etməyə çalışırlar. Bu səbəbdən "Arsenal"ın dəvətinə dərhal reaksiya verdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.