İdman

Millimiz Çexiya yığmasına 5 qol vurdu! - FOTO

27 Avqust 2016 16:17
2 Şərh     Baxış: 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Katanya şəhərində təşkil olunan Avropa Liqasının super final mərhələsində növbəti qələbəsini qazanıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, millimiz Çexiya yığmasını 5:1 hesabı ilə məğlub edib. Orxan Məmmədovun, Elvin Quliyevin hərəyə bir dəfə, Ramil Əliyevin isə iki dəfə fərqləndiyi matçda bir avtoqol qeydə alınıb. Gərgin mübarizə şəraitində keçən oyunda Çexiya komandasının yeganə qolunu avtoqolun müəllifi Yaroslav Kovarik vurub.

Yığmamız avqustun 28-də Macarıstan komandası ilə qarşılaşacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.