İdman

Löv Şvaynştaygeri Almaniya millisinə çağırdı

27 Avqust 2016 15:22
0 Şərh     Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya millisinin baş məşqçisi Yoahim Löv komandanın Finlandiya və Norveçlə oyunlar üçün heyətini açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, maraqlı məqam Avropa çempionatında sonra milli karyerasını bitirdiyini elan edən Bastian Şvaynştaygerin Bundestimə dəvət almasıdır. Milli səhifəsini qapadan Podolski isə heyətdə yoxdur. Löv AVRO-2016-da fərqlənən Mario Qomezin də xidmətlərinə ehtiyac duymayıb.

Qapıçılar: Manuel Noyer (Bayern Munich), Bernd Leno (Bayer), Mark-Andre ter Şteqen (Barcelona)

Müdafiəçilər: Şkodran Mustafi (Valencia), Yonas Hektor (Köln), Benedikt Hövedes (Schalke), Emre Can (Liverpool), Conatan Ta (Bayer), Niklas Zyule (Hoffenheim), Mats Hummels, Coşua Kimmix (Bayern Munich)

Yarımmüdafiəçilər: Sami Xedira (Juventus), Toni Kroos (Real Madrid), Mesut Özil (Arsenal), Yulian Draksler (Wolfsburg), Bastian Şvaynştayger (Manchester United), Maks Mayer (Schalke), Yulian Brandt, Kərim Bellarabi (Bayer), Mario Götze, Yulian Vayql, Andre Şurrle (Borussia Dortmund)

Hücumçular: Tomas Müller (Bayern Munich), Kevin Folland (Bayer)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.