İdman

Çempionlar Liqası üçün mükafat fondu açıqlanıb

27 Avqust 2016 14:32
2 Şərh     Baxış: 3 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klublar üçün toplam 762 milyon avro mükafat ayırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qrup mərhələsinə vəsiqə qazanan 32 klubun hər birinə 12.7 milyon avro ödəniləcək. 50 milyon avro isə turnirin pley-off mərhələsində mübarizəni dayandıran 20 komandanın arasında bölünəcək. Qrup mərhələsində qələbə ilə başa çatan hər oyun 1.5 milyon, bərabərlik isə 500 min avro ilə mükafatlandırılacaq. Pley-off raundunun gəlirləri belədir:

1/8 final - 6 milyon

1/4 final - 6.5 milyon

1/2 final - 7.5 milyon

Finalda uduzan klub büdcəsini 11 milyon avro zənginləşdirəcək. Çempion isə 15.5 milyon qazanacaq. Çempionlar Liqasında performans mükafatı da nəzərdə tutulub. Məsələn, qrupda hər oyunu qalib başa vurub son nəticədə turnirin qalibi olacaq komanda toplamda 57.2 milyon avro qazana bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.