İdman

35 yaşlı qapıçını transfer etdilər

27 Avqust 2016 17:03
0 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin eks qapıçısı Stuart Teylor "Southempton"a keçib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "müqəddəslər" 35 yaşlı qolkiperlə mövsümün sonuna kimi müqavilə imzalayıb. "Southempton" onu Freyzer Foster və Aleks Makkartidən sonra 3-cü qapıçı kimi transfer edib.

Teylor "Arsenal" futbol akademiyasının yetirməsidir. 1997-2005-ci illərdə "topçular"ın şərəfini qoruyan qolkiper cəmi 18 dəfə meydana çıxıb. 2009-2012-c illərdə "Mançester Siti"də olan Teylor oynamaq şansı əldə etməmişdi. Son mövsümü "Lids Yunayted"də keçirən təcrübəli əlcək ustası 3 dəfə qapını qorumuşdu. Teylor 3 dəfə İngiltərənin U-21 yığmasında da oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.