İdman

"Hazırda UEFA-da ciddi idarəçilik yoxdur"

27 Avqust 2016 16:28
1 Şərh     Baxış: 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA İtaliya, İspaniya, Almaniya və İngiltərənin 4 klubuna Çempionlar Liqasının qrup mərhələsində oynamaq şansı yaratmaq istəyir. Bu, ikinci dərəcəli klubların qrup mərhələsinə düşmək imkanlarını çətinləşdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko bu layihəyə münasibət bildirib.

"Bu barədə eşitmişəm. Hazırda UEFA-da ciddi idarəçilik, prezidenti yoxdur. Güclü ölkələr və klublar təzyiq göstərməyə başlayır. Beləliklə, kompromiss qərarlar qəbul olunur. Fikrimcə, quruma prezident seçkilərindən sonra konkret mövqe ortaya qoyulacaq. Bizim kvotamız məsələsi qeyri-müəyyəndir. Bu, sadəcə layihədir", - Mutko deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.