İdman

Cüzeppe Rossi "Qarabağ"la oyunda iştirak etməyə bilər

27 Avqust 2016 15:09
2 Şərh     Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Fiorentina" aparıcı futbolçusunu itirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hücumçu Cüzeppe Rossinin başqa kluba keçidi gündəmdədir.

Belə ki, Rossi karyerasını yenidən İspaniyada davam etdirməyə hazırlaşır. 29 yaşlı forvard "Selta" ilə razılıq əldə edib. Viqo təmsilçisi onu mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir. Rossinin "Fiorentina" ilə anlaşma müddəti gələn ilin yayına qədər olduğundan, ispanlar hücumçunu həmin vaxt azad agent kimi birdəfəlik heyətə cəlb etməyi planlaşdırırlar. Bu keçidin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.
 
İtaliya millisinin üzvü 2007-2013-cü illərdə İspaniyada "Vilyarreal"ın formasını geyinib.
 
Qeyd edək ki, "Fiorentina" qrup mərhələsinin II turu çərçivəsində sentyabrın 29-da "Qarabağ"ı qəbul edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.