İdman

Sabirabadda idman həyəcanı - FOTOlar

27 Avqust 2016 13:30
Baxış: 1 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, "ASAN könüllüləri" təşkilatının təşkilati dəstəyi ilə Sabirabad rayonunda ASAN könüllülərinin II Spartakiadası keçirilib.

Milli.Az xəbər verir ki, Sabirabad Olimpiya İdman Kompleksində keçirilən II Spartakiadaya "ASAN xidmət" mərkəzlərindən 10 komanda üzrə ümumilikdə 60 könüllü qatılıb. Şükür Məmmədovun ideya müəllifi olduğu "Sağlamlıq günü ASAN Könüllülərinin II Spartakiadası" layihəsi çərçivəsində təşkil olunan yarışda iştirakçılar atletika, velosiped yarışı, üzgüçülük, qol gücü, kəndirdartma kimi idman növləri üzrə güclərini sınayıblar.

Tədbirin sonunda ümumi idman növləri üzrə ən çox xal qazanaraq I, II və III yerləri tutmuş komanda üzvləri medallarla təltif olunublar. ASAN Könüllülərinin II Spartakiadasının kuboku 2 qızıl 2 gümüş medal qazanaraq I yeri tutmuş Bərdə "ASAN xidmət" mərkəzinin könüllülərindən ibarət komandaya təhvil verilib.

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd gənclərə idmanı sevdirib, sadə fiziki məşqlərin gündəlik yerinə yetirilməsini aşılamaq, onları idman ətrafında cəmləşdirməkdən ibarətdir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.