İdman

İsveç klubu Respublika stadionunun ot örtüyündən ŞİKAYƏTÇİDİR

27 Avqust 2016 12:53
3 Şərh     Baxış: 1 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçirilən qarşılaşma zamanı Ağdamın "Qarabağ" klubuna 3:0 hesabı ilə məğlub olan İsveçin "Höteburq" klubu Tofiq Bəhrəmov adına Respublika stadionunun ot örtüyünün bərbad olması ilə bağlı UEFA-ya şikayət edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Höteburq"un baş məşqçisi Frank Andersson bəyan edib ki, qazon onun komandasının məğlubiyyətinin əsas səbəbi deyil, lakin yenə də şikayətin verilməsi barədə qərar qəbul edildi. 

Məlumata əsasən, "Höteburq"un iki futbolçusu - Mikael Boman və Soren Riks - meydanda olduqları vaxt zədələnib.

"Mən topa zərbə vurmaq istəyərkən ayağım qazona ilişib qaldı. Bu mənim karyeramda oynadığım ən pis ot örtüyü idi. "Qarabağ" futbolçularının belə bir qazonda oynaya bilməsi məni çox heyrətləndirdi", - deyə Boman bildirib. 

"Höteburq" rəhbərliyi oyundan sonra yazılı formada öz şikayətini bildirib. 

"UEFA-nın xeyli sayda qaydaları var, lakin nədənsə oyunu yaxşı qazonda keçirmək barədə qayda yoxdur", - deyə İsveç klubunun idman direktoru Mats Qren bildirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.