İdman

Rəsul Çunayev Balakəndə böyük coşqu ilə qarşılandı - VİDEO - FOTO

26 Avqust 2016 17:58
2 Şərh     Baxış: 4 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rio 2016 Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində iştirak edən və bürünc medal qazanan Rəsul Çunayev Balakənə gəlib.

Kanal S (Region TV) xəbər verir ki, Balakən rayon Qabaqçöl kəndində boya-başa çatan, 1-ci Avropa Oyunlarının qızıl mükafatçısı Rəsul Çunayev həmyerliləri tərəfindən böyük təntənəylə qarşılanıb.

Qarşılanma mərasimində çempionun yaxınları ilə birlikdə onun idmançı yoldaşları və rayon ictimaiyyəti iştirak ediblər. İdmançı öz təəssüratlarını bizimlə bölüşüb. 

"Gələn Olimpiadada bürünc medalı qızılla əvəz edəcəm", - deyən idmançı bundan sonra daha da əzmlə məşqlərini davam etdirəcəyini bildirib.

Videonu izləmək üçün şəklə klikləyin:

Rəsul Çunayev Balakəndə böyük coşqu ilə qarşılandı

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.