İdman

"Çəkicdöyənlər" gənc futbolçu transfer ediblər

26 Avqust 2016 15:32
0 Şərh     Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vest Hem Yunayted" heyətini yarımmüdafiəçi ilə gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, London klubu Edmilson Fernandeslə 4 illik müqavilə imzalayıb. "Sion"un 20 yaşlı eks-futbolçusu İsveçrə millisinin üzvü Jelson Fernandesin qardaşı oğludur. Transferin 5.5 milyon funta başa gəldiyi güman olunur.

"Oyunu hərəkətə gətirmək və ona həyəcan qatmaq bacarığım var. Baş məşqçi (Slaven Biliç) ilə söhbətimiz pozitiv alındı. Mənə verilən şansı yüksək qiymətləndirirəm. "Vest Hem"in gözəl stadionu var. "Sion"un heyətində "Anfield Road"da oyanmışam. Hətta o da bu stadiona çatmaz", - Fernandes qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.