İdman

Medvedev, Sadıqov və Uiksin fərqi

26 Avqust 2016 11:51
0 Şərh     Baxış: 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ" Avropa Liqasında qrup mərhələsinə ciddi itki ilə başlayacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb liberiyalı legioner Teo Uiksin cəzalı duruma düşməsidir.

Pley-off mərhələsinin "Maribor"la Sloveniyadakı cavab oyununda (0:1) qırmızı vərəqə alan legioner növbəti matçı buraxmalı olacaq. Ən azı 1 matçlıq cəzalanacaq Uiks "Qəbələ"nin avrokuboklarda ən yaxşı bombardiri olduğundan "qırmızı-qaralar" üçün kifayət qədər ciddi itki sayılacaq.
 
Qrup mərhələsinə "Qarabağ" daha ciddi itkilərlə başlaya bilərdi. Söhbət mövsümdə 3-cü dəfə sarı vərəqə alan Rəşad Sadıqovla Maksim Medvedevin meydanda olmamaq ehtimalından gedir. Lakin Avropa Liqasının Əsasnaməsi "Qarabağ"lıların lehinədir.
 
Belə ki, qaydalara əsasən, sarı vərəqələr mövsümdə iki dəfə - pley-off və 1/4 finaldan sonra silinir. Qrup mərhələsi və yarımfinal öncəsi futbolçuların vərəqələrinin sıfırlanması onların məsul oyunlarda iştirakını təmin etməyə xidmət edir. Bu, "Qəbələ" və "Qarabağ"ın bütün oyunçularına da tətbiq olunub.
 
Lakin bu qayda yalnız xəbərdarlıqlara şamil olunur. Qırmızı vərəqələr isə futbolçunun ayağına yazılır. Hətta bu cəzaları ömürlük də hesab etmək olar. Yəni, oyunçu qırmızı vərəqənin cəzasını gec-tez, lap lazım gəlsə, 10 ildən sonra da çəkməlidir. Hətta cəza bütün qitəmiqyaslı klub turnirlərinə şamil olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.