İdman

Ansi Aqollidən “fair-play” nümunəsi - VİDEO

25 Avqust 2016 22:39
3 Şərh     Baxış: 2 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində baş tutan "Qarabağ" - "Höteborq" oyununda maraqlı hadisə baş verib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, epizodların birində zədələnən qonaq komandanın futbolçusu Mikael Boman görüşü davam etdirə bilməyib.
 
Həkimlərin müdaxiləsindən sonra futbolçunun xərəklə meydançadan kənara çıxardılması zamanı xərəyi daşıyan uşaqlardan biri yıxılıb. Bunun nəticəsində həmin uşağın da ayağı zədələnib. Belə olan məqamda isə "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli köməyə çatıb.
 
Təcrübəli albaniyalı oyunçu əsl "fair-play" nümunəsi göstərərək rəqib həkimlərə oyunçunun kənara çıxaraılmasına kömək edib. Onun bu hərəkəti stadiondakı fanatlar tərəfindən alqışlarla qarşılanıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ansi Aqollidən "fair-play" nümunəsi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.