İdman

“Qarabağ” qrupa darmadağınla düşdü! - YENİLƏNİB - VİDEO - FOTO

25 Avqust 2016 22:26
20 Şərh     Baxış: 5 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:26

Avropa Liqası

Pley-off, cavab oyunu

25 avqust

"Qarabağ" - "Höteborq" (İsveç) - 3:0

Videonu izləmək üçün şəklə klikləyin:

Qollar: Rəşad Sadıqov, 19, Muarem Muarem, 26, Dani, 51

Baş hakim: Vladislav Bezborodov

Baş hakimin köməkçiləri: Valeri Dançenko, Maksim Qavrilin

Dördüncü hakim: Kirill Levnikov (hamısı Rusiya)

Hakim-isnpektor: Mixael Tomas Ross (Şimali İrlandiya)

UEFA nümayəndəsi: Conni Vanspaun (Belçika)

Bakı. T. Bəhramov adına Respublika stadionu

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 99. Dani Quintana

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 6. Dino Ndlovu, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələskərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov

Baş məşqçi: Qurban Qurbanov

"Höteborq": 1. Con Alvbeyc, 2. Emil Salomonsson, 3. Skott Yamieson, 6. Sebastian Eriksson, 7. Mads Albaek, 8. Soren Riks, 9. Yakop Ankersen, 10. Tobias Hisen, 16. Mikael Boman, 28. Tomas Ronye, 30. Matias Byarsmir

Ehtiyat oyunçular: 12. Pontus Dalberg, 11. Martin Smedbeg, 13. Elias Omarsson, 14. Hyallmar Yonsson, 18. Lauson Sabah, 24. Tom Petterson, 27. Billi Nordström

Baş məşqçi: Yörgen Lenartsson

22:07

"Qarabağ" - "Höteborq" (İsveç) - 3:0

Qollar: Rəşad Sadıqov, 19, Muarem Muarem, 26, Dani, 51

21:21

Avropa Liqası

Pley-off, cavab oyunu

25 avqust

"Qarabağ" - "Höteborq" (İsveç) - 2:0

Qollar: Rəşad Sadıqov, 19, Muarem Muarem, 26

20:54

"Qarabağ" (Azərbaycan) - "Göteborq" (İsveç) - 2:0 (Birinci hissə)
Qollar:
Rəşad Sadıqov, 19 (1:0), Muarem Muarem, 26 (2:0)

20:38

UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizə aparan Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti oyununu keçirir.

Bir qədər əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ" klubu ilə "Höteborq" (İsveç) komandası arasında cavab qarşılaşması başlayıb.

Xatırladaq ki, İsveçdə keçirilən ilk oyun 1:0 hesabı ilə "Höteborq" komandasının xeyrinə nəticələnmişdi.

Videonu izləmək üçün şəklə klikləyin:

"Qarabağ"ın start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Reynaldo, Muarrem Muarrem, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqoli, Elvin Yunuszadə və Dani Kintana çıxıblar.

İsveç təmsilçisi isə oyuna Con Alvbeyc, Emil Salomonsson, Skott Yamieson, Sebastian Eriksson, Mads Albaek, Soren Riks, Yakop Ankersen, Tobias Hisen, Mikael Boman, Tomas Ronye və Matias Byarsmirdən ibarət heyətlə başlayıb.

Oyunu Vladislav Bezborodovun rəhbərliyi ilə rusiyalı hakimlər briqadası idarə edir.

20:14

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçları keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,Azərbaycan çempionu "Qarabağ" da yarışın qrup mərhələsinə yüksəlmək üçün mübarizə aparacaq.
 
Ağdamlılar səfərdə minimal hesabla məğlub olduqları "Höteborq"la bu dəfə Bakıda üz-üzə gələcək.
 
Qurban Qurbanovun yetirmələri ardıcıl iki il əldə etdikləri uğuru bu dəfə də təkrarlamağa çalışacaqlar. Son iki mövsümdə olduğu kimi bu dəfə Çempionlar Liqasının III təsnifat mərhələsində dayanan və mübarizəni ikinci dərəcəli turnirdə davam etdirən "Qarabağ" doğma azarkeşlər önündə qələbə sevinci yaşamaq istəyir.
 
Rəqib ölkəmizə öz meydanında əldə etdiyi 1:0 hesablı qələbənin verdiyi üstünlüklə gəlib. Buna görə də isveçlilərin müdafiə olunacağını gözləmək olar. Son illərdə Avropa futbol səhnəsində elə bir ciddi uğurla öyünə bilməyən "Höteborq" böyük ehtimalla əks-hücumlara bel bağlayacaq.
 
Çempionumuzun isə işi daha çətin olacaq. Püşkatmadan sonra cütün favoriti kimi təqdim olunsa da, ilk oyunda əldə edilən nəticə heç də ürəkaçan deyil. Hər nə qədər doğma divarlar arasında oynasalar da, rəqibin sıx müdafiəsini yarmaq, eləcə də bunu edərkən öz qapısının toxunulmazlığını saxlamaq "köhlən atlar" üçün o qədər də asan olmayacaq.
 
Təmsilçimizi yalnız iki top fərqi ilə qələbə əsas mərhələyə yüksəldəcək.
 
"Qarabağ" qələbə qazansa, Avropa Liqasında özünün 20-ci, Azərbaycan klublarının isə 50-ci qalibiyyətinin müəllifi olacaq.
 
Avropa Liqası
Pley-off, cavab oyunu
25 avqust

 
20:30. "Qarabağ" - "Höteborq" (İsveç)
 
Baş hakim: Vladislav Bezborodov
Baş hakimin köməkçiləri: Valeri Dançenko, Maksim Qavrilin
Dördüncü hakim: Kirill Levnikov (hamısı Rusiya)
Hakim-isnpektor: Mixael Tomas Ross (Şimali İrlandiya)
UEFA nümayəndəsi: Conni Vanspaun (Belçika)
Bakı. T. Bəhramov adına Respublika stadionu
 
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 99. Dani Quintana
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 6. Dino Ndlovu, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələskərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov
Baş məşqçi: Qurban Qurbanov
 
"Höteborq": 1. Con Alvbeyc, 2. Emil Salomonsson, 3. Skott Yamieson, 6. Sebastian Eriksson, 7. Mads Albaek, 8. Soren Riks, 9. Yakop Ankersen, 10. Tobias Hisen, 16. Mikael Boman, 28. Tomas Ronye, 30. Matias Byarsmir
Ehtiyat oyunçular: 12. Pontus Dalberg, 11. Martin Smedbeg, 13. Elias Omarsson, 14. Hyallmar Yonsson, 18. Lauson Sabah, 24. Tom Petterson, 27. Billi Nordström
Baş məşqçi: Yörgen Lenartsson

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.