İdman

Van Damm Zabit Səmədovu təbrik etdi - FOTO

25 Avqust 2016 13:34
10 Şərh     Baxış: 4 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca məşhur aktyor Van Damm idmançımız Zabit Səmədova zəng edərək onu təbrik edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə məlumatı teleaparıcı Hacı Nuran instaqram hesabında yazıb:
 
"Bu gün Hollivud ulduzu, əfsanəvi döyüşçü Jan Klod Van Damm Qroznı şəhərində Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd Hacı Kadırovun xatirəsinə həsr olunan peşəkar kikboksinq turnirində kikboksinqin WBC Muay Thai versiyası üzrə dünya çempionu adını qazanan, dəfələrlə dünya və Avropa çempionu olan, peşəkar kikboksinq üzrə müxtəlif yarışların qalibi, həmyerlimiz Zabit Səmədova zəng edərək qələbə münasibətilə təbrik etdi: "Qardaşım Zabit, sən bunu bacardın. Əhsən sənə. Afərin. Uğurların daha da çox olsun. Sənin tez bir zamanda Azərbaycanda keçirilən döyüşünü canlı izləmək mənə nəsib olsun". Bu sözləri Van Damm dedi, mən də tərcümə etdim". 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.