İdman

"Barselona" fanatı "Real"ı ələ saldı - FOTO

25 Avqust 2016 13:11
0 Şərh     Baxış: 1 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyada primeranın yeni mövsümü başlanıb. Madridin "Real" klubu isə mövsümlə bağlı üçüncü dəst formanın dizaynını müəyyənləşdirməyə çalışır.
Milli.Az Mundo Deportivo-ya istinadən bildirir ki, klubun forma "təchizatçısı" olan "Adidas" şirkəti "kral klubu" üçün ən yaxşı futbolka dizaynı ilə bağlı müsabiqə elan edib.
"Real"ın əzəli rəqibi "Barselona" fanatlarından biri Madrid komandasını ələ salmaq qərarına gəlib. O, "Real" üçün "Barsa"nın futbolkasına çox bənzəyən variant təklif edib. O, futbolkada "Barselona"nın emblemi olan yerdə "Real"ın loqotipini də yerləşdirib.
Madrid "Atletiko"sunun fanatlarından biri də oxşar variant təklif edib: o, "Real"ın futbolkasını "Atletiko" stilində "hazırlayıb".
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.