İdman

Şevçenko: "Berluskoni "Milan"ın ürəyi idi"

24 Avqust 2016 15:48
0 Şərh     Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko futbolçu kimi uzun illər şərəfini qoruduğu "Milan"ın hazırki durumuna fikir bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis bunları deyib:

"Əvvəllər "Milan" oyunçularının üzərinə böyük məsuliyyət düşürdü. Artıq belə deyil. Bakkanın performansı xoşuma gəlir. Ötən mövsüm də onun oyununa yüksək qiymət verirdim. O, rəqibin cərimə meydançasında yaxşı oynayır və qol duyumuna malikdir. Belə hücumçusu olduğuna görə "Milan"ın bəxti gətirib. Klubun yeni sahibləri barədə heç nə düşünmürəm. Uğurlu futbol tərzinin simvolu kimi Berluskoni uzun illər "Milan"ın ürəyi idi. Növbəti mövsümlərdə nəyin baş verəcəyi mənə maraqlıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.