İdman

"Qarabağ"ın 1/10 şansı

24 Avqust 2016 11:58
0 Şərh     Baxış: 1 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avrokuboklar tarixində 11 dəfə Azərbaycan klubu səfərdə keçirdiyi ilk matçda 0:1 hesabı ilə uduzub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunlardan sonuncusu Avropa Liqasının cari mövsümünün pley-off mərhələsinə təsadüf edib.

İsveçdə "Höteborq"un qonağı olan "Qarabağ" Bakıya minimal hesablı məğlubiyyətlə dönüb. Ağdam təmsilçisi tarixində 2-ci dəfə öz meydanında 0:1-in əvəzini çıxmağa çalışacaq.
 
Ötən il Çempionlar Liqasının III təsnifat mərhələsində də eyni aqibətlə üzləşən Qurban Qurbanovun yetirmələri Şotlandiya "Seltik"ini keçə bilməmişdi.
 
Lakin səfərdən buraxılan tək qolla qayıtmaq təkcə "Qarabağ" deyil, ümumilikdə Azərbaycan klubları üçün uğursuzluqla nəticələnir. Çünki əvvəlki 10 belə hadisədən yalnız birində, yəni 10 faizində təmsilçimiz mərhələ keçib.
 
Bunu da "Qəbələ" bacarıb. Ötən mövsüm Serbiyada "Çukariçki"yə uduzan "qırmızı-qaralar" öz meydanında 2:0 hesabına seviniblər. Digər 9 dueldə isə rəqiblərimiz üstünlüyünü qoruyub. Hərçənd, bunlardan birində səfər qolu, birində isə penaltilər seriyası qonaqları sevindirib.

1997/98

Kuboklar kuboku

Dinaburq (Latviya) - Kəpəz

1:0

1:0

 

1998/99

İntertoto kuboku

İnkaras (Litva) - Bakı fəhləsi

1:0

0:1 

p.5:4

1999/00

Çempionlar Liqası

Sloqa Yuqomaqnat (Makedoniya) -Kəpəz

1:0

1:2

 

2000/01

Çempionlar Liqası

Slaviya (Çexiya) - Şəmkir

1:0

4:1

 

2001/02

İntertoto kuboku

Qrindavik ( İslandiya ) - Viləş

1:0

2:1

 

2004/05

UEFA kuboku

Tbilisi (Gürcüstan) - Şəmkir

1:0

4:1

 

2008/09

UEFA kuboku

Voyvodina (Serbiya) - Olimpik

1:0

1:1

 

2015/16

Avropa Liqası

Çukariçki (Serbiya) - Qəbələ

1:0

0:2

 

2015/16

Çempionlar Liqası

Seltik (Şotlandiya) - Qarabağ

1:0

0:0

 

2016/17

Avropa Liqası

Admira (Avstriya) - Kəpəz

1:0

2:0

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.