İdman

Azərbaycan güləşçisi: "Qarşıda bizim əsas məqsədimiz İslam Oyunlarıdır"

24 Avqust 2016 07:36
0 Şərh     Baxış: 1 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarşıda bizim əsas məqsədimiz İslam Oyunlarıdır".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən idmançı, bürünc medalçı Hacı Əliyev deyib.

"Qarşıda bizim əsas məqsədimiz İslam oyunlarıdır. Layiqli çıxış edib Azərbaycan xalqını medalla sevindirmək istəyirəm", - Əliyev bildirib.

İdmançı Rio Olimpiadasındaki çıxışını şərh edib və bildirib ki, ümumilikdə nəticədən razıdır: "Sevinirəm ki, bürünc medal qazandım. Ümumilikdə öz çıxışılarımdan razıyam, amma mən çəkimi çox atdığıma görə, axırda yorğunluq özünü göstərməyə başladı. Amma sonadək dözdüm və bürünc medal qazana bildim".

Qeyd edək ki, Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən idmançılar bu gün Vətənə qayıdıblar.

Rio-2016-da Azərbaycan idmançıları ilk dəfə 18 medal qazanıblar: 1 qızıl, 7 gümüş və 10 bürünc medal. Həmçinin Azərbaycan Rio-de-Janeyro olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.