İdman

Azərbaycan taekvondoçusu: "Bu dəfə alınmadı"

24 Avqust 2016 07:34
0 Şərh     Baxış: 1 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Taekvondo federasiyasına mənə göstərdiyi böyük dəstəyə görə çox minnətdaram" 

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən idmançı, bürünc medalçı Patimat Abakarova deyib.

Abakarova qeyd edib: "Mən ilk görüşdə Serbiya təmsilçisi ilə qarşılaşdım və əvvəlki görüşlərimizdə mən qalib gəlsəm də bu dəfə nəsə alınmadı. Serbiyalı təmsilçi finala yüksəldikdə, mən də bürünc medal uğrunda mübarizəyə qoşula bildim. Digər rəqiblərimdə ciddi idi, amma mən onları üstələyə bildim".

Qeyd edək ki, Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən idmançılar bu gün Vətənə qayıdıblar.

Rio-2016-da Azərbaycan idmançıları ilk dəfə 18 medal qazanıblar: 1 qızıl, 7 gümüş və 10 bürünc medal. Həmçinin Azərbaycan Rio-de-Janeyro olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.