İdman

Azərbaycan boksçusu: "Təəssüf edirəm ki, qızıl medal qazana bilmədim"

24 Avqust 2016 07:29
2 Şərh     Baxış: 1 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Təəssüf edirəm ki ,qızıl medal qazana bilmədim".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən idmançı, gümüş medalçı Lorenzo Sotomayor deyib.

Boksçumuz qeyd edib: "Olimpiada mənim üçün çox uğurlu keçdi. Azərbaycana medalla qayıtmaq istəyirdim, amma mən təəssüf edirəm ki, finalda hakimlərin ədalətsiz qərarı üzündən qızıl medal qazana bilmədim və Bakıya gümüş medalla qayıtdım".

Qeyd edək ki, Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən idmançılar bu gün Vətənə qayıdıblar.

Rio-2016-da Azərbaycan idmançıları ilk dəfə 18 medal qazanıblar: 1 qızıl, 7 gümüş və 10 bürünc medal. Həmçinin Azərbaycan Rio-de-Janeyro olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.