İdman

Tanınmış futbolçu nərdivandan düşərək zədələndi

24 Avqust 2016 08:33
0 Şərh     Baxış: 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bayer" forması geyinən və Çiçarito ləqəbi ilə tanınan Xavyer Ernandes Bundesliqanın ilk turunda açılış matçını buraxmalı olacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, meksikalı futbolçu evində nərdivandan düşərək sağ əlini zədələyib. Əməliyyat olunan Çiçaritonun 2 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. "Aspirinlər"in formasını geyinən daha bir futbolçusu da zədələnib. Almaniya milli komandasına Rio 2016-da kömək edən Lars Bender Braziliyaya qarşı final matçında zədələnib. 67-ci dəqiqədə meydanı tərk edən futbolçu da eynən Çiçarito 2 həftə yaşıl meydanlardan kənar qalacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.