İdman

Yalan danışdığı üçün 4 sponsorunu itirdi

24 Avqust 2016 07:32
0 Şərh     Baxış: 1 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı üzgüçü Rayan Lohte yalan danışdığı üçün sponsporlar onunla əməkdaşlıqdan imtina edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, benzin stansiyasında hücuma məruz qaldığını iddia edən, amma kamera görüntülərindən sonra yalanı üzə çıxan Lohte ölkəsinə qayıtdıqdan sonra üzr istəyib, amma bu üzr ona bəraət verməyib. 32 yaşlı üzgüçünün sponsorlarından biri olan "Speedo" uzun illərdir Lohte ilə tərəfdaşlıq etməsinə baxmayaraq son baş verən hadisənin ölkə prinsiplərinə zidd olduğunu düşünərək müqaviləni ləğv etdiyini açıqlayıb.

Olimpiadadan əvvəl "Gatorade", "Nissan", P&G kimi sponsorlarını itirən Lohte üçün "Speedo"nun müqaviləni ləğv etməsi 2020 Tokio olimpiadasına qatılması anlamında böyük itki hesab olunur. Belə olan halda amerikalı olimpiya çempionunun Tokioda iştirak etməsi üçün sponsor dəstəyinə ehtiyac olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.