İdman

Enesin het-triki "Mançester Siti"nin diqqətindən yayınmadı

24 Avqust 2016 08:40
0 Şərh     Baxış: 1 183
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti" "Twente"də icarə əsasında forma geyinən futbolçusu Enes Ünalı təbrik edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Erediviziyanın 3-cü turu çərçivəsində "Qroningen"lə matçda 16 dəqiqə ərzində het-trik edərək komandasının 4:3 hesablı qələbəsində böyük rol oynayan Enesin bu performansı "şəhərlilər"in gözündən qaçmayıb. Belə ki, 19 yaşlı futbolçu twitter hesabında şəkli ilə birlikdə 3 top simvolu paylaşıb. "Siti" rəsmi twitter hesabı isə Enesin paylaşımına istinadən "Het-trik münasibətilə səni təbrik edirik" mesajını yayımlayıb.

Xatırladaq ki, "Bursaspor" yetirməsi olan gənc futbolçunun "şəhərlilər"lə 2019-cu ilə qədər müqaviləsi var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.