İdman

Ağacan Abıyev: "Boskçularımız qızıl qazanmalı idilər"

23 Avqust 2016 23:36
1 Şərh     Baxış: 1 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Olimpiya Komtəsinin baş katibi Ağacan Abıyev "Rio-2016" Yay Olimpiya Oyunlarından gələn Azərbaycan nümayəndə heyətinin qarşılanma mərasimində brifinq keçirib.

Milli.Az "Report"a istinadən bildirir ki,eyni zamanda Azəbaycan Boks Federasiyasının vitse-prezidenti olan Abıyev jurnalistlərin suallarını cavablandırıb.

- İdmançılarımızın Rio Olimpiadasında qazandığı nəticələri necə qiymətləndirirsiniz?

- Olimpiadada 18 medal qazandıq və hesab edirəm ki, bu, Azərbaycanın, idmanımızın uğurudur. Düşünürəm ki, bu medalların sayı hər olimpiadadan olimpiadaya artacaq. Azərbaycan prezidenti İlham Əliyevin qayğısı nəticəsində ölkəmizdə idman inkişaf edir. Bu medallar yalnız idmançıların deyil, bütün Azərbaycanındır.

- Boksdakı nəticəmiz haqda düşüncələriniz necədir?

- Bu idman növündə tilsim vardı, yalnız bürünc medal qazanırdıq. "Rio-2016"da bu tilsimi qırdıq. Amma hesab edirəm ki, boskçularımız qızıl medal qazanmalı idilər.

- Lorenso Sotomayor buna çox yaxın olsa da, gümüş medalla kifayətlənməli oldu...

- Ona qarşı haqsızlıq olundu. Düşünürəm ki, həmin raundda nokdaun yox idi. Rəqib boksçu zərbə vurmuşdu və buna görə yalnız xal verilməli idi. Hakim isə yanlış qərar verdi və nokdaun qeydə aldı. Ümumiyyətlə, boksda çıxış zamanı kobudluq lazımdır və sərt döyüşmək gərəkdir. Bunu hər bir döyüşdə rəqib tələb edir. Ancaq təbii ki, hər şey qaydalar çərçivəsində olmalıdır və qələbə üçün əlindən gələni etməlisən.

- Boks yığmamızın kubalı məşqçiləri ilə yolunuza davam edəcəksinizmi?

- Onların işindən tam razı qaldıq deyəndə ki, Sotomayor qızıl medal qazansaydı, bunu deyə bilərdik. Buna baxmayaraq, boskda 2 medal qazanmışıq, gümüş və bürüncümüz var. Kubalı məşqçilərin yaxşı işləməsi üçün hər bir şərait yaradılıb. Onlar komanda ilə birgə müxtəlif təlim-məşq toplanışlarında olublar və lazımı şəraitdə hazırlaşıblar.

- Millimizin məşqçiləri də kubalıdır, Sotomayor da. Belə demək olarmı ki, bütün diqqətləri onlara yönətlmisiniz?

- Xeyir. Bütün idmançılara diqqət göstərilir. Hamısı eyni şəraitdə hazırlaşır. Kubalı məşqçilər əllərindən gələni edirdilər ki, idmançılar uğur qazansınlar. Onu da sizə deyim ki, AİBA-ya məktub yazacağıq. Həvəskarların yarışına peşəkarların buraxılması düzgün addım deyil. Bu, AİBA prezidentinin boksdan kənar olmasına dəlalət edir. Olimpiadada neçə boksçunun qanı töküldü, sifəti, üzü, gözü dağıldı. Bu, olimpizm ideyalarına da zidddir. Buna görə də həmin məsələ ilə bağlı etirazımızı bildirəcəyik. Yəqin ki, bu amil gələn il keçiriləcək AİBA prezident seçkisində öz rolunu oynayacaq. Bilinmirdi ki, boks yarışına peşəkarlar, yoxsa həvəskarlar buraxılmalıdır. Bunlar da nəticəyə təsirini göstərirdi.

- Olimpiadaya getməməyiniz nəylə bağlı idi?

- Sağlamlığımla. Artıq bir neçə aydan sonra 80 yaşımı qeyd edəcəyəm. Mən daha cavan deyiləm, 25 yaşım yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.