İdman

Teymur Məmmədov: "Döyüşü düzgün qurmadım"

23 Avqust 2016 22:51
0 Şərh     Baxış: 1 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mən medal qazanacağıma inanırdım, döyüşü düzgün qurmadım. Komanda pis döyüşmədi. Hamının şansı var idi, əksəriyyəti medalın bir addımlığında məğlub oldu".

Milli.Az "Report"a istinadən bildirir ki, bu sözləri Heydər Əliyev Beynəlxalq Hava Limanında Rio-de-Janeyrodan Vətənə qayıdan Azərbaycan yığmasının XXXI Yay Olimpiya Oyunlarındakı bayraqdarı boksçu Teymur Məmmədov deyib.
O, finalda hakimlərin Lorenso Sotomayora qarşı haqsızlıq etməsi fikri ilə razı olmadığını bildirib:
"Bizdə belə bir deyim var: Azərbaycan idmançıları uduzmurlar, onları hakimlər uduzdurur (gülür - red.). Olimpiada elə bir yerdir ki, orada fərq etmir sən dünya çempionusan, ya da olimpiya çempionu. Orada heç tanınmayan idmançılar çıxıb qələbə qazanırlar".
Teymur Məmmədov jurnalistlərin Özbəkistan boksçularının uğurlu çıxışı ilə bağlı sualını da cavablandırıb:
"Yəqin onlar yaxşı hazırlıq prosesi keçiblər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.