İdman

"Neftçi" "Latsio"nun hücumçusunu alır

30 İyul 2016 13:07
0 Şərh     Baxış: 1 299
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasında mübarizəni dayandıran "Neftçi" klubu yerli çempionatımızın yeni mövsümü üçün heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.

Milli.Az 1xəbər.com-a istinadən bildirir ki, paytaxt təmsilçisi daha bir futbolçunu transfer etməyə yaxındır.

Bu rumın hücumçu Katalin Tiradır. Rumın mətbuatının yazdığına görə, tərəflər keçidlə bağlı artıq razılığa gəlib. Belə ki, "Rapid" Liqa-1-dən kənarda qaldığı üçün Buxarest təmsilçisinin digər futbolçuları ilə yanaşı, Tira da yeni klub axtarışına başlayıb. Bu səbəbdən də 22 yaşlı forvard Azərbaycandan gələn təklifi geri çevirməyib. 

Əldə etdiyimiz məlumata görə, tərəflər artıq müqavilənin müddəti ilə bağlı da razılığa gəlib. Gənc hücumçu "Neftçi"də 1 illik sazişə imza atacaq. 

Qeyd edək ki, Tira bu ilin yanvarında Rumıniya klubuna keçmişdi. O, vaxtilə İtaliyanın "Latsio" və "Udineze" klublarının gənc komandalarında da çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.