İdman

Rusiya ağır atletləri “Rio-2016”-dan kənarda qaldılar

29 İyul 2016 23:47
0 Şərh     Baxış: 1 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) ağır atletika üzrə Rusiya yığmasını tam heyətlə 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarından kənarlaşdırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə cümə günü, iyulun 29-da, təşkilatın rəsmi saytında məlumat verilib.

IWF-in qərarı Maklarenin hesabatı əsasında qəbul olunub.

"IWF-in İcraiyyə Komitəsi Rusiya ağır atletlərinin "Rio-2016"-da iştirakı məsələsini diqqətlə araşdırıb. Tədqiqata Riçard Maklarenin rəhbərlik etdiyi WADA müstəqil komissiyasının materialları daxil edilib. Tatyana Kaşirina və Anastasiya Romanova Rusiya Olimpiya komitəsi tərəfindən kənarlaşdırılmışdı. Turnirdən kənarlaşdırılan daha dörd idmançının adı isə Maklarenin hesabatında qeyd olunub", - məlumatda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.