İdman

"Olimpiya Oyunlarından azı 10-12 medal gözləyirik"

29 İyul 2016 15:47
Baxış: 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların təxminən yarısı medal qazana bilər. Olimpiya Oyunlarından azı 10-12 medal gözləyirik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

Onun sözlərinə görə, medalla bağlı proqnoz vermək çətindir. Proqnozu yalnız idmançılarımızın potensialı nəzərə almaqla vermək olar: "Bu oyunlarda komanda üzvlərinin, idman növlərinin sayı daha çoxdur. Oyunlarda 56 nəfər iştirak edəcək. Komandanın, demək olar ki, yarısı medallara namizəd olur. Bu dəfə də idmançıların təxminən yarısı medal qazana bilər. Hesab edirik ki, medalların sayı və keyfiyyəti London Olimpiadasından daha çox və üstün olacaq".

Ç.Hüseynzadə deyib ki, olimpiya yığma komandasının əsas heyəti 3 gün sonra Braziliyaya yola düşür. XXXI Yay Olimpiya Oyunlarının yayım hüququ İTV-yə məxsusdur. Ona görə də oyunlar canlı olaraq, İTV-də yayımlanacaq. İTV hər gün 8 transilyasiya verəcək: "Biz yenilik etdik və qərara gəldik ki, vaxt fərqinə baxmadan, oyunların ən isti xəbərlərini internet üzərindən çatdıracağıq. Ona görə də MOK-un bütün internet resursları tam gücü ilə işləyir. Vaxt fərqi olmadan xəbərləri çatdırılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.