İdman

Klopp: "Mən bir futbolçuya 100 milyon avro xərcləməzdim"

29 İyul 2016 13:32
0 Şərh     Baxış: 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un baş məşqçisi Yurqen Klopp "Mançester Yunayted"in Poqba transferinə münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, alman mütəxəasis əzəli rəqiblərinin bu transfer siyasətini özünə rəva bilməyib.

"100 milyona aldığın futbolçu zədələnirsə, pullar havaya sovrulur. Futbol komanda idman növüdür. Hər kəs oyunu özünəməxsus formada başa düşür. Yaxşı futbolçulara hər zaman ehtiyac var. Amma uğur qazanmaq üçün, ilk növbədə, komandanı qurmaq lazımdır. Digər klublar külli miqdarda pul sərf edib güclü futbolçular transfer edə bilər. Mən başqa cür hərəkət etmək istəyirəm. Bu qədər pulu xərcləmək imkanım olsaydı belə, həmin vəsaiti başqa cür xərclərdim. Yeri gəlmişkən, transferlərə nə qədər pul sərf edəcəyimlə bağlı məhdudiyyət yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.