İdman

“Lill”in baş məşqçisi: “Bu fürsətlərin hamısından istifadə edə bilmədik”

29 İyul 2016 00:03
0 Şərh     Baxış: 2 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Komandada çətinliklər var idi. Erkən qol buraxmağımız pis oldu. Bakıdakı oyunda daha hazırlıqlı olacağıq".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Avropa Liqasının III təsnifat mərhələsinin bu gün keçirilən "Lill" - "Qəbələ" oyunundan (1:1) sonra meydan sahblərinin baş məşqçisi Frederik Antonetti deyib.
 
Matçdan sonra keçirilən mətbuat konfransında çıxış edən mütəxəssis oyun barədə sualları cavablandırıb: "Cavab oyunu barədə nəsə demək çətindir. İnanıram ki, mərhələni adlayacağıq. Çox hücum etdik, ancaq bu fürsətlərin hamısından istifadə edə bilmədik. "Qəbələ" təcrübəli komandadır. Mərhələ adlamaq şansımız 50 faizdir".

Komandasının əsas hücumçusu Ederin də durumuna aydınlıq gətirən Antonetti bunları deyib: "Eder cavab oyunu üçün Bakıya gedəcək heyətdə ola bilər. Amma yüz faiz deyə bilmərəm ki, cavab görüşündə meydana çıxacaq, ya yox"".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.