İdman

Roman Qriqorçuk: “Bu heç-heçəni Cavid Hüseynova həsr edirik”

29 İyul 2016 00:02
1 Şərh     Baxış: 2 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Lilldəki bu heç-heçəni Cavid Hüseynova həsr edirik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Avropa Liqasının III təsnifat mərhələsinin "Lill" - "Qəbələ" oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında təmsilçimizin baş məşqçisi Roman Qriqorçuk deyib.
 
Ukraynalı mütəxəssis qarşılaşma haqda fikirlərini açıqlayıb: "Bu heç-heçə bizim üçün tarixi nəticədi. Həmin uğuru da kapitanımıza həsr edirik. O, indi bizimlə deyil. Biz özümüzə inanır və asılı olan hər şeyi edəcəyik. Başa düşürük ki, bir həftəyə oyun planında artıra bilərik. Əlbəttə ki, yaxşı oynayıb "Borussiya" və "Krasnodar"a uduzduğumuz vaxtla müqayisədə daha çox təcrübəmiz var. Amma "Lill" yüksək səviyyəli futbolçulardan təşkil olunub. Onların da yüksək sürəti var. Belə tempə qarşı ya eyni futbol oynamalısan, ya da taktika işlətməlisən. Çünki rəqib çox güclü "silah"a malikdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.