İdman

Qəbələ"nin "Lill"ə vurduğu qol - VİDEO

28 İyul 2016 23:06
0 Şərh     Baxış: 1 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin oyunlarına start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, turnirdə yeganə təmsilçimiz "Qəbələ" də növbəti oyununa çıxıb.

Roman Qriqorçukun komandası Fransada "Lill"in qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 4-ü keçiriləcək.

Xatırladaq ki, təmsilçimiz buna qədər Gürcüstanın "Samtredia", Macarıstanın MTK klubunu mübarizədən kənarlaşdırıb. "Lill" isə birbaşa III təsnifat mərhələsindən mübarizəyə başlayır.
28 iyul

Avropa Liqası, III təsnifat mərhələsinin ilk oyunu

21:00. "Lill" (Fransa) - "Qəbələ" (Azərbaycan) - 1:1
Qollar: Vernidub, 12 (0:1), Mendes, 46 (1:1)
Baş hakim: Daniel Stefanski
Baş hakimin köməkçiləri: Rafal Rostkovski, David İqor Qolis
Dördüncü hakim: Zbiqnev Dobrınin (hamısı Polşa)
Lill. "Metropol Arena"

"Qəbələ"nin Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Lill"ə vurduğu ilk qolun videogörüntüsünü təqdim edirik.
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.