İdman

Dünya çempionatının 4-cü iştirakçısı

28 İyul 2016 14:23
1 Şərh     Baxış: 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Libertadores kubokunun qalibi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Kolumbiyanın "Atletiko Nasyonal" klubu tarixində 2-ci dəfə Cənubi Amerikanı ən nüfuzlu klub turnirinin qalibi olub.

Kolumbiyalılar finalda Ekvadorun "İndependente" klubunu məğlub edib. Səfər matçında 1:1 hesablı heç-heçəyə nail olan "Atletiko Nasyonal" evdə kuboku qazandıran nəticəyə imza atıb - 1:0.
 
1989-cu ildə də turnirin qalibi olan Kolumbiya təmsilçisi 27 ildən sonra uğurunu təkrarlayıb. Bununla da "Atletiko Nasyonal" klublararası dünya çempionatına da vəsiqə qazanıb.
 
Dekabrın 8-18-də Yaponiyada baş tutacaq çempionatda iştirak edəcək 7 klubdan 4-ü bəllidi. Burada Okeaniyanı "Oklend Siti" (Yeni Zelandiya), Avropanı "Real" (İspaniya), KONKAKAF zonasını "Amerika" (Meksika), Cənubi Amerikanı "Atletiko Nasyonal" (Kolumbiya) təmsil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.