İdman

Bakıda küçə basketbol yarışı keçiriləcək

27 İyul 2016 17:20
Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Dənizkənarı Bulvar İdarəsinin, Su İdman Sarayının, GoSport və The Club Port Baku-nun dəstəyi ilə keçiriləcək Red Bull King of the Rock yarışmasının milli finalında qalib gələn stritbolçu Azərbaycanı Serbiyada, Belqrad şəhərində dünya finalında təmsil edəcək.

Milli.Az xəbər verir ki, Red Bull King of the Rock - "təkbətək" formatında unikal küçə basketbol yarışmasıdır və 2013-cü ildən ölkənin ən güclü stritbolçunu müəyyən edir.

Azərbaycan ilk dəfə 2013-cü ildə turnirin dünya finalında iştirak etdi və ölkəmizi təmsil edən Amil Həmzəyev San Fransiskoda bütün dünyadan küçə basketbolunun 64 ən güclü oyunçusu ilə mübarizə aparırdı. 2014-cü ildə yarış Tayvanda Samasana adlı bağlı adada yerləşən atılmış həbsxanada keçirilib və Azərbaycanı Zaur Paşayev təmsil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.