İdman

Çempionlar Liqası: "Qarabağ" heç-heçə etdi- YENİLƏNİR

27 İyul 2016 00:11
18 Şərh     Baxış: 3 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

00:11

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turnirdəki yeganə təmsilçimiz "Qarabağ" mərhələnin ilk oyununa Çexiyada çıxıb.

"Ağ-göylər" Plzendə yerli "Viktoriya"nın qonağı olub. Meydan sahibləri matçın böyük hissəsi ərzində üstünlüyə malik olsalar da ağdamlıların müdafiə səddini yara bilməyib.

Matçın 75-ci dəqiqəsində isə plzenlilər meydanda azlıqda qalıb. Rəqibin qırmızı vərəqəsindən sonra "Qarabağ" topa nəzarəti ələ alıb. Lakin komandaların səylərinə baxmayaraq hesab açılmayıb.

Bununla da Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin səfər matçından qolsuz sülhlə dönüb. Bunu bacaran ilk Azərbaycan klubu olan Qurban Qurbanovun yetirmələri cavab matçı öncəsi pley-off şanslarını qoruyub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 2-də Bakıda keçiriləcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi

İlk oyun

26 iyul

"Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" (Ağdam, Azərbaycan) - 0:0

Qırmızı vərəqə: Yan Baranek, 75

Baş hakim: Aleksandar Stavrev

Baş hakimin köməkçiləri: Maryan Kirovski, Deyan Kostadinov

Dördüncü hakim: Dimitar Mekarovski (hamısı Makedoniya)

Hakim-inspektor: Raymond Ellingem (Uels)

UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya)

Plzen. "Dusan Arena" stadionu

"Viktoriya": 1. Matuş Kozaçik, 3. Aleş Mateyu, 22. Yan Baranek, 4. Roman Hübnik (k), 8. David Limberski, 17. Patrik Hroşovski, 7. Tomaş Horava, 11. Milan Petrjela, 26. Daniel Kolar, 19. Yan Kovarik, 12. Mihal Duriş

Ehtiyat oyunçular: 13. Petr Bolek, 2. Lukaş Heyda, 10. Yan Kopiç, 15. Mihael Krmençik, 23. Marek Bakoş, 27. Frantişek Raytoral, 29. Tomaş Kuçera

Baş məşqçi: Roman Pivarnik

"Qarabağ":. 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Reynaldo, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Quintana

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Dinyev

Baş məşqçi: Qurban Qurbanov

26.07.2016

23:59

"Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" (Ağdam, Azərbaycan) - 0:0

Qırmızı vərəqə: Yan Baranek, 75

22:34

Çempionlar Liqası

III təsnifat mərhələsi

İlk oyun

26 iyul

"Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" (Ağdam, Azərbaycan) - 0:0

Baş hakim: Aleksandar Stavrev

Baş hakimin köməkçiləri: Maryan Kirovski, Deyan Kostadinov

Dördüncü hakim: Dimitar Mekarovski (hamısı Makedoniya)

Hakim-inspektor: Raymond Ellingem (Uels)

UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya)

Plzen. "Dusan Arena" stadionu

22:06

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,turnirdəki yeganə təmsilçimiz "Qarabağ" mərhələnin ilk oyuna Çexiyada çıxacaq. "Ağ-qaralar" Plzendə yerli "Viktoriya"nın qonağı olacaq.  

Səfərdə qənaətbəxş nəticə əldə olunsa, Ağdam klubu gələn həftə Bakıdakı cavab oyununda qrup mərhələsində yerini təmin edə bilər. Təbii ki, bunun üçün təmsilçimiz doğma azarkeşlər önündə büdrəməməlidi. 

Ağdamlılar üçün "Viktoriya" ilə görüş rekord baxımından da önəm daşıyır. Qitənin ən nüfuzlu klub turnirində 5 qələbəsi olan "Qarabağ" eyni qədər uğuru olan "Neftçi"ni arxada qoymaq üçün plzenlilərə qalib gəlməlidi. 2 il öncə Avstriya "Zalsburq"u, ötən yay Şotlandiya "Şeltik"i ilə dueldə məyus olan əyalət klubu bu dəfə Çempionlar Liqasında mübarizəsini davam etdirməkdə iddialıdı.

Qarşılaşma Plzen şəhərinin "Dusan Arena" stadionunda keçiriləcək. 11 min 700 tamaşaçı tutumuna malik arenadakı görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Çempionlar Liqası

III təsnifat mərhələsi

İlk oyun

26 iyul

22:15. "Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" (Ağdam, Azərbaycan)

Baş hakim: Aleksandar Stavrev

Baş hakimin köməkçiləri: Maryan Kirovski, Deyan Kostadinov

Dördüncü hakim: Dimitar Mekarovski (hamısı Makedoniya)

Hakim-inspektor: Raymond Ellingem (Uels)

UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya)

Plzen. "Dusan Arena" stadionu

"Viktoriya": 1. Matuş Kozaçik, 3. Aleş Mateyu, 22. Yan Baranek, 4. Roman Hübnik (k), 8. David Limberski, 17. Patrik Hroşovski, 7. Tomaş Horava, 11. Milan Petrjela, 26. Daniel Kolar, 19. Yan Kovarik, 12. Mihal Duriş

Ehtiyat oyunçular: 13. Petr Bolek, 2. Lukaş Heyda, 10. Yan Kopiç, 15. Mihael Krmençik, 23. Marek Bakoş, 27. Frantişek Raytoral, 29. Tomaş Kuçera

Baş məşqçi: Roman Pivarnik

"Qarabağ":. 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Reynaldo, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Quintana

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Dinyev

Baş məşqçi: Qurban Qurbanov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.