İdman

Obameyanq "Real"da oynamağa hazırdır

26 İyul 2016 15:18
0 Şərh     Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pyer-Emerik Obameyanq "Real Madrid" klubundan təklif gələcəyi halda onu dəyərləndirəcəyini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Borussiya"nın hücumçusu bu mövsüm də yüksək səviyyədə çıxış edəcəyi təqdirdə arzusunu reallaşdıra bilər. "İspan babam mənim İspaniyada oynamağımı həmişə arzulayardı. Mən də ona deyərdim ki, əgər bu mümkün olsa, yalnız "Real"da oynayaram. 2 il bundan qabaq o dünyasını dəyişəndə mən ona "Real"da oynacağıma dair söz verdim.

Arzuma çatmaq üçün hər gün səylə çalışıram. Əsas məqsədim Madrid klubunda çıxış etməkdir. "Real"dan təklif gəlsə müsbət cavablandıracam. Amma hələ ki Dortmundda özümü yaxşı hiss edirəm. "Borussiya" fantastik klubdur. Mənim bu səviyyəyə çatmağımda əməyi böyükdür. Yurgen Klopp xarakterimi formalaşdırdısa, Tomas Tuxel məni əsl qol maşınına çevirdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.