İdman

"Viktoriya"nın kapitanı: "Evdə qələbə qazanmaq istəyirik"

26 İyul 2016 09:25
0 Şərh     Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Düşünürəm ki, ötən illə müqayisədə hazırda iki dəfə güclüyük. Hər bir uğursuzluq komanda üçün vacibdir. Çünki belədə səhvləri aradan qaldırmaq üçün düşünmək imkanın olur. Ümid edirəm ki, biz bundan düzgün nəticə çıxaracağıq və yolumuza davam edəcəyik. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Viktoriya"nın kapitanı Roman Hubnik klubun rəsmi saytına açıqlamasında deyib. 

Çempionlar Liqasının ilk oyunu çərçivəsində bu gün qarşılaşacaqları "Qarabağ" haqda danışan 32 yaşlı futbolçu iki il öncə Ağdam təmsilçisi ilə keçirdikləri yoxlama görüşünü də xatırlayıb: 

"İki il öncə "Qarabağ"la keçirdiyimiz yoxlama görüşündə rəqibə uduzmuşduq. Ancaq bu, sadəcə, yoxlama matçı idi və nəticəsi önəmli deyildi. Həmin matçda mən də iştirak etmişdim. İndi isə hər iki komandanın heyətində dəyişikliklər olub. Biz öz oyunumuzu izləmişik və "Qarabağ"a qarşı necə oynayacağımızı bilirik. Evdə qələbə qazanmaq istəyirik". 

Qeyd edək ki, bu gün "Dusan Arena"da keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.