İdman

Mançester derbisi təxirə salındı

25 İyul 2016 15:02
0 Şərh     Baxış: 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində təşkil olunan beynəlxalq turnir çərçivəsində bu gün keçirilməli olan "Mançester Yunayted" - "Mançester Siti" oyunu təxirə salınıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna Çindəki əlverişsiz hava şəraiti səbəb olub. 

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola və "Mançester Yunayted"in çalışdırıcısı Joze Mourinyonu ilk dəfə üz-üzə gətirəcək oyun bu gün Bakı vaxtı ilə saat 15:30-da başlamalı idi. 

Qeyd edək ki, görüşün hansı tarixdə keçiriləcəyi hələlik məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.