İdman

Əliyar Ağayev İtaliya millisinə "5" verdi

25 İyul 2016 09:24
0 Şərh     Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Almaniyada keçirilən turnirin həlledici görüşündə Fransa ilə İtaliya üz-üzə gəlib.

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayevin idarə etdiyi görüşdə Fransa qalib gəlib - 4:0. Hər hissədə 2 qol vuran qitə çempionuna 2 sarı vərəqə göstərən həmyerlimiz apenninlilərə 5 xəbərdarlıq edib.
 
Qeyd edək ki, finalın da baş hakimi olan Ağayev AÇ-nin 5 matçında iştirak edib. Üç qarşılaşmada baş hakim olan təmsilçimiz iki dəfə dördüncü referi funksiyasını yetirə yetirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.