İdman

"O əsl killerdir"

24 İyul 2016 23:36
0 Şərh     Baxış: 2 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Manchester United"in qapıçısı David De Xea komandasının Joze Mourinyonun başçılığı altında bütün turnirlərdə qalib gəlməyə çalışacağını bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qolkiper açıqlamasında Mourinyo və Zlatanın onlar üçün əlavə üstünlük olduqlarını bildirib: "Həqiqətən güclü futbolçular transfer etmişik. "Manchester United" bütün kuboklar uğrunda mübarizə aparmaq istəyir. Məncə, indi yeni dövr başlayır, komandamız çox güclüdür. Mourinyo güclü xarakterə sahibdir, o qalibdir. Portuqaliyalı dünyanın ən yaxşı baş məşqçilərindən biridir. Onunla özümüzü rahat hiss edirik. İbrahimoviçin də yüksək səviyyəli futbolçu olduğunu bilirsiniz. O əsl killerdir. Zlatanın ən yaxşı oyununu məhz Mançesterdə göstərəcəyinə ümid edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.