İdman

"Bizi çətin mövsüm gözləyir"

24 İyul 2016 22:19
0 Şərh     Baxış: 1 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sumqayıt" klubunun futbolçusu Vaqif Cavadov Türkiyənin Bolu bölgəsində keçirdikləri təlim-məşq toplanışını dəyərləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu klubun rəsmi saytına açıqlamasında hazırlıq prosesindən razılıq ifadə edib.

Cavadov komandaların sayının azalmasına baxmayaraq, "gənclik şəhəri" təmsilçisini çətin mövsümün gözlədiyini bildirib: "On gündür buradayıq. Hər şey yaxşı gedir. Gündə iki dəfə məşq edir, hazırlaşırıq. Bilirik ki, bizi çətin mövsüm gözləyir. Komandaların sayı azalsa da, mübarizə əzmi daha da yüksələcək. Hər bir klub kimi "Sumqayıt" da yaxşı pillələrdə olmaq istəyəcək".

Təcrübəli oyunçu "Sumqayıt"da gedən dəyişikliklərdən də danışıb: "Mövsüm öncəsi bildirmişdim ki, həm komanda yenidən formalaşır, həm də hər bir futbolçu dəyişikliklərin getdiyini bilməlidir. Baş məşqçi Samir Abasov yaxşı, yüksək səviyyəli kollektiv formalaşdırmaq istəyir. Hazırda bu istiqamətdə çalışırıq. İnanıram ki, mövsümün ilk oyununa yaxşı hazırlaşıb, yaxşı da nəticə verəcəyik. Burada bizə yaxşı şərait yaradılıb. Çempionata lazımi səviyyədə hazırlaşmalıyıq".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 8 komandalı yeni mövsümün püşkü iyulun 26-da atılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.