İdman

"Azərbaycan bizim üçün ən uğurlu ölkədir"

24 İyul 2016 17:58
Baxış: 1 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan bizim üçün ən uğurlu ölkədir.

Milli.Az bildirir ki, bunu Trend-ə Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qızıl medalını qazanmış qrup hərəkətləri üzrə İsrail komandasının məşqçisi İrina Viqdorçik deyib.

O bildirib: "Azərbaycanı çox sevirik. Bura çox gəlmişik. Burada ilk dəfə Avropa çempionatının bürünc medalını qazandıq, gümüş mükafatçılar olmuşuq, bu gün isə Dünya Kubokunun qızıl medalını qazandıq. Azərbaycan bizim üçün ən müsbət və uğurlu ölkədir".

Məşqçinin sözlərinə görə, Bakıdakı Dünya Kuboku Rio Olimpiadası öncəsi yaxşı məşqdir, çünki orada da finallar ardıcıl keçəcək.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparıb. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.