İdman

Bakıda Dünya Kubokunun qrup hərəkətləri üzrə qalibləri mükafatlandırılıb - FOTO

24 İyul 2016 17:31
Baxış: 1 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunda 5 lent, 3 cüt gürz və 2 halqa ilə qrup hərəkətləri üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, mərasimdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Texniki Komitəsinin üzvü Daniela Dellekyai, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü və yarışların əlaqələndiricisi Nurlana Məmmədzadə iştirak ediblər.

Həmçinin cari ilin Dünya Kubokunun doqquz mərhələsində göstərilmiş ən yaxşı 4 nəticənin yekunları üzrə FIG Kuboku tədim edilib. 5 lent, 3 cüt gürz və 2 halqa ilə qrup hərəkətləri üzrə kuboku Rusiya və Belarus yığmaları qazanıb.

Rusiya yığmasına mükafatı FIG-nin Texniki Komitəsinin vitse-prezidenti Noha Abuşabana təqdim edib.

Belarus yığması qiyabi mükafatlandırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.