İdman

Rusiya yığması bədii gimnastika üzrə Dünya Kubokunu qızılla başa vurdu

24 İyul 2016 16:16
Baxış: 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya yığması Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalında 2 halqa və 3 cüt gürzlə qrup hərəkətlərinin yekununda qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, rusiyalı gimnastlar finalda 19.000 bal toplayıblar.

İkinci yerə İtaliya (18.500 bal), üçüncü yerə isə İspaniya (18.300) təmsilçiləri layiq görülüblər.

Tərkibində Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Zeynep Celep və Ayşən Bayramova olan Azərbaycan komandası finalda 17.750 bal toplayaraq 5-ci yerdə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.