İdman

Adams yeni vəzifəyə təyinat alıb

23 İyul 2016 18:23
0 Şərh     Baxış: 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ" klubunun sabiq baş məşqçisi Toni Adams özünə yeni iş yeri tapıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 50 yaşlı mütəxəssis İngiltərə "Arsenal"ının 18 yaşadək futbolçulardan ibarət komandası ilə işini davam etdirməkdən imtina edib.

Doğma klubunda sınaq müddətini başa vuran Adams Çinin "Çuntsin Lifan" klubunun təklifini qəbul edib. O, gənclər departamentinin direktoru postunu tutacaq.
Qeyd edək ki, Toni Adams "Qəbələ"də baş məşqçi vəzifəsi ilə yanaşı, klub prezidentinin müşaviri və futbol direktoru kimi də çalışıb. O, "qırmızı-qaralar"la yollarını ötən ay ayırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.