İdman

"Tapşırıqlarımı maksimum səviyyədə yerinə yetirdim"

23 İyul 2016 16:12
Baxış: 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hesab edirəm ki, tapşırıqlarımı maksimum səviyyədə yerinə yetirdim.

Trend-in məlumatına görə, bunu jurnalistlərə macarıstanlı gimnast Aleksandra Kis deyib.

Onun sözlərinə görə, zalın ab-havası və Bakıdakı arenanın özü çox xoşuna gəlir: "Arena çox yaxşıdır və tribunaların, azarkeşlərin dəstəyi xoşuma gəlir. Bura tez-tez gəlmək istərdim".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.