İdman

"Milli Gimnastika Arenası mənim üçün uğurlu yerdir"

23 İyul 2016 16:05
Baxış: 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıdakı Milli Gimnastika Arenası mənim üçün uğurlu yerdir.

Bunu Trend-ə fransalı gimnast Kseniya Mustafayeva deyib.

Onun sözlərinə görə, Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda çıxışından olduqca razı qalıb: "Bütün dörd növ üzrə finala çıxmağı və çoxnövçülükdə yüksək yer tutmağı qarşıma məqsəd qoymuşdum. Və proqramları yaxşı icra edə bildim".

Gimnast qeyd edib ki, Bakı tamaşaçılarının dəstəyi ona kömək edir: "Çoxlarına belə dəstək mane olur, mənə isə əksinə. Bu zalda üçüncü dəfə çıxış edirəm və bura çox xoşuma gəlir".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Beləliklə, Bakı tamaşaçısı ilin əsas hadisəsi - Rio Olimpiya Oyunlarından iki həftə öncə dünyanın 20 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək üçün unikal imkan əldə edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.