İdman

"Bakıda ən yaxşı nəticəmi göstərdim"

23 İyul 2016 14:48
Baxış: 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda il ərzində ən yaxşı nəticəmi göstərdim.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Bakıda bədii gimnastika üzrə Dünya Kuboku finalı yarışlarının italiyalı iştirakçısı Veronika Bertolini deyib.

18 bal topladığını deyən gimnast bildirib: "Bu, mənim üçün çox yaxşı nəticədir. Azarkeşlərə verdikləri dəstəyə görə təşəkkür edirəm".

V.Bertolini qeyd edib ki, əsas məqsədi Rio Olimpiadasına hazırlaşmaqdır: "Çıxışımdan zövq almaq üçün Olimpiadaya yaxşı hazırlaşmalıyam".

O, Bakıda ilk dəfə olduğunu da əlavə edib: "Burada ilk dəfəyəm. İlk təəssüratlarım, sadəcə, çox gözəldir. Şəhər və insanları çox yaxşıdırlar".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.